Xalq artisti Mələkxanım Eyyubovanın kürəkəni, müğənni Mərdan Kazımov ikinci dəfə tələbə adı qazanıb.
News365.az xəbər verir ki, bu haqda müğənni özü sosial şəbəkə hesabında paylaşım edib.
M.Kazımov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Populyar musiqi və caz ifaçılığı (vokal) ixtisasına qəbul olub.
O, paylaşımda xanımı Nəzrin Nəcəfovanı işarələyərək “Sözümü tutdum”, deyə qeyd edib.