ain.az, Bizim media portalına istinadən məlumat verir.
EasyJet aviaşirkətinə məxsus, Fransanın Lion şəhərindən Portuqaliyanın Portu şəhərinə uçan təyyarə havada çevrilib.Bizim.Media xəbər verir ki, bu barədə France Press məlumat yayıb.Bildirilib ki, hadisə hallüsinasiyadan əziyyət çəkən bir sərnişinin pilot kabinəsinə girməyə cəhd göstərməsindən sonra baş verib.Məlumata görə, 26 yaşlı portuqaliyalı sərnişin təyyarənin havaya qalxmasından az sonra kabinəyə daxil olmağa cəhd edib, lakin digər sərnişinlər onu saxlaya biliblər. Daha sonra o, polis tərəfindən saxlanılıb.Tibbi müayinələrdən sonra onun yüksəklik fobiyası və hallüsinasiyalardan əziyyət çəkdiyini təsdiqləyib. Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.