AZ

Azərbaycandan ixrac edilən elektrik enerjisinin həcmi açıqlanıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 41 milyon 609,91 min ABŞ dolları dəyərində 737 milyon 466,31 min kVt/saat elektrik enerjisi ixrac edilib.

Aznews.az Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən elektrik enerjisinin dəyəri 19,7 %, həcmi isə 21,6 % azalıb.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında elektrik enerjisinin payı 2,23 % təşkil edir.

İyulda isə ölkədən 3 milyon 53,04 min ABŞ dolları məbləğində 57 milyon 621,98 min kVt/saat elektrik enerjisi ixrac edilib ki, bu da keçən ilin analoji ayına nisbətən müvafiq olaraq 4,3 dəfə və 3,5 dəfə çoxdur.

Seçilən
13
5
aznews.az

6Mənbələr