AZ

Günel Gözəlovaya yeni vəzifə verildi

Ajans.az xəbər verir ki, bu haqda onun yaxınları sosial şəbəkələrdə yazıb. Belə ki, G. Gözəlova Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Media və Kommunikasiya Şöbəsinin Multimedia sektorunun müdiri vəzifəsinə gətirilib. Qeyd edək ki, telejurnalist indiyədək bir çox vəzifələrdə - Azərbaycan Dövlət Televiziyasında, “Lider TV və Azərbaycan Radiosu” MMC-də, Azərbaycan Memarlıq və İnşaat Universitetində Mətbuat katibi, Azərpoçt MMC-də İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri, daha sonra isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Mətbuat Xidmətinin rəhbəri, nazirin sözçüsü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Media və Təhsil sahəsi üzrə Vitse- Prezidenti kimi kimi fəaliyyətini davam etdirib. Daha sonra o, MTV Azərbaycan telekanalının baş redaktoru kimi çalışıb. Aparıcının sonuncu iş yeri isə Baku TV olub.
Seçilən
10
5
Ajans.az

7Mənbələr