AZ

Beyləqan sakini ot tayasından yıxılıb öldü

Ajans.az APA-ya istinadən xəbər verir ki, ölən şəxs Beyləqan rayon sakini, 64 yaşlı H.Hüseynovdur. Qeyd olunur ki, bir neçə gün əvvəl H.Hüseynov Beyləqan rayonunun İkinci Aşıqlı kəndində öz həyətində ot tayasından yıxılıb.

Əvvəlcə o, Beyləqan rayon mərkəzi xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır olduğundan isə Gəncədəki xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
32
6
Ajans.az

10Mənbələr