AZ

Vətən Müharibəsi Qəhrəmanının övladı da tələbə adını qazandı

Ali məktəbə qəbul olunan abituriyentlər arasında Vətən Müharibəsi Qəhrəmanı şəhid Sübhan Cəbrayılovun oğlu Rahim Cəbrayılov da var.

Redaktor.az-ın məlumatına görə, o, Bakı Mühəndislik Universitetində təhsil alacaq.

Şəhidimizin övladı kompüter mühəndisliyi ixtisası üzrə oxuyacaq.

Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri olan Sübhan Cəbrayılov 1983-cü il oktyabrın 23-də Salyan rayonunun Marışlı kəndində anadan olub.

O, Qubadlı rayonu istiqamətində şəhid olub.

Seçilən
23
3
redaktor.az

10Mənbələr