AZ

“Barselona”ya qarşı çıxdı – Münasibətlər yenə pozuldu

“Barselona” yenidən komandanın qapıçısı Mark-Andre ter Ştegendən narazıdır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barsa” almaniyalı futbolçunun İspaniya klublarının digər kapitanları ilə birlikdə İspaniya Futbolçular Assosiasiyasının (İFA) La Liqa matçını Mayamidə (ABŞ) keçirmək niyyətini pisləyən bəyanatı imzalamasından məyusdur.

Klub qolkiperin bu məktubu imzalamamalı olduğunu düşünür, çünki bu, “Barselona”nın maraqlarına ziddir.

Daha əvvəl La Liqanın prezidenti Xavyer Tebas 17-ci turun “Vilyarreal” – “Barselona” matçının bu mövsüm Mayamidə keçiriləcəyinə əmin olduğunu bildirib.

Seçilən
84
36
sportinfo.az

10Mənbələr