AZ

Rusiyalı blogger Arsen Markaryan "nasizmin bərpasına görə" istintaq altındadır

Rusiyanın Samara şəhərində yaşayan blogger Arsen Markaryana qarşı nasizmin reabilitasiyası ilə bağlı cinayət işi araşdırılır. Bu barədə avqustun 23-də “İzvestiya”  məlumat verib.

İşin yazda, Markaryan axtarışa verildiyi vaxt açıldığı dəqiqləşdirilir.

Gazeta.Ru xəbər verir ki, bloqqer rusofob fikirlərini internetdə bildirib. O, Xüsusi Hərbi Əməliyyat (SVO) döyüşçülərini, onların yaxınlarını, hüquq-mühafizə orqanlarını təhqir edib, Rusiya şəhərlərini bombalamağa çağırıb.

Bundan əvvəl, martın 16-da Markaryanın pilotsuz uçuş aparatlarından istifadə edərək terrora çağırış ifadələrindən sonra ona qarşı istintaqaqədərki yoxlamaya başlanıldığı bildirilmişdi. 

Bloqqer bəyan edib ki, Rusiya obyektlərinə və mülki şəxslərə hücumlar pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilməlidir.

Yanvarın 29-da prokurorluq Markaryanın ictimai açıqlamalarından sonra ona qarşı cinayət işinin açılmasını xahiş edib. Daha sonra cinayət təqibi ilə bağlı qərar qəbul edilməsi üçün yoxlama materialları istintaq orqanına göndərilib.

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Seçilən
51
azerbaijan-news.az

1Mənbələr