AZ

"Qarabağ" və "Neftçi"dən daha bir qələbə - Əvəzedicilər Liqasında

Əvəzedicilər Liqasında II turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, bu gün turun 2 qarşılaşması baş tutub.

"Qarabağ-2" doğma meydanda "Sumqayıt-2"ni, "Neftçi-2" isə "Şamaxı-2"ni qəbul edib. Hər iki matçdan meydan sahibləri 1:0 hesablı qələbə ilə ayrılıb.

Bu nəticə ilə "Qarabağ-2" və "Neftçi-2" xallarının sayını 6-ya çatdıraraq turnir cədvəlində 1-ci və2-ci yeri bölüşüblər.

“Qarabağ-2” – “Sumqayıt-2” 1:0
Qol
: Mehdi Mütəllimli, 45+2.

“Neftçi-2” – “Şamaxı-2” 1:0
Qol
: Mirşahbaz Şahbazov, 1.

Seçilən
20
25
sportinfo.az

10Mənbələr