ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb və Ukrayna lideri Volodimir Zelenski ilə telefonla danışıb.
Globalinfo.az xəbər verir ki, bu barədə CAR Prezident Administrasiyası məlumat yayıb.
CAR prezidenti Avropa liderləri ilə Ukrayna böhranını və onun sülh yolu ilə həlli yollarının axtarışını müzakirə edib.
Müzakirələr zamanı liderlər CAR-in Rusiya-Ukrayna münaqişəsinin həllindəki mövqeyini yüksək qiymətləndiriblər.
Həmçinin oxuyun:
Putin Zelenski ilə görüşmək istəyir?
“Digər Avropa liderləri ilə növbəti telefon danışıqları qarşıdakı günlər və həftələr ərzində keçiriləcək. Ramafosa, Rusiya Prezidenti Vladimir Putinin ötən həftə ABŞ Prezidenti Donald Trump ilə görüşündən sonra ona verdiyi məlumatı yüksək qiymətləndirdi. Müzakirələr zamanı tərəflər fikirlərini açıq şəkildə bölüşdülər, Cənubi Afrikanın münaqişənin hər iki tərəfi ilə əlaqə qurmaq rolunu yüksək dəyərləndirdilər və prezidentimizin səylərini dəstəklədilər. Məqsəd Ukraynada döyüşlərin dayandırılmasıdır”, – məlumatda bildirilib.
Həmçinin qeyd edilir ki, Ramafoza Rusiya, Ukrayna və ABŞ liderləri arasında ikitərəfli və üçtərəfli görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb.
“Ramafoza bütün tərəfləri bu məqamdan istifadə etməyə və Rusiya ilə Ukrayna arasında sülhə nail olmaq üçün göstərilən səyləri qorumağa çağırır”, – məlumatda deyilir.
Məlumata görə, yaxın günlərdə və həftələrdə digər Avropa liderləri ilə əlavə danışıqlar aparılacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.