ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin Malatya vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Malatya-Kayseri magistral yolunun Akçadağ rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Hadisənin təfərrüatı və yaralıların vəziyyəti barədə məlumat paylaşılmayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.