Rusiya seysmoloqları Kamçatka yarımadasının şərq sahillərində son 24 saat ərzində 5,0 maqnitudalı ikinci zəlzələni qeydə alıblar.
“Report” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqatlar Mərkəzinin Kamçatka bölməsi məlumat yayıb.
Qeyd edilir ki, yeraltı təkanların episentri Sakit okeanda Petropavlovsk-Kamçatskdan 145 km kənarda yerləşib. Zəlzələ ocağı 46,1 km dərinlikdə olub.