Gürcüstanda ilk dəfə etnik azərbaycanlı qadın hərbçi – Sevil Məmmədova Milli Müdafiə Akademiyasını uğurla bitirərək leytenant rütbəsi alıb.
Bizim.Media xəbər verir ki, S.Məmmədova bu il ali hərbi təhsilini başa vurub və karyerasını Gürcüstanın Milli Müdafiə Qüvvələrində davam etdirməyi planlaşdırır.
Onun uğuru Gürcüstanda yaşayan azərbaycanlı gənclərin dövlətin müxtəlif sahələrində, xüsusilə də müdafiə və təhlükəsizlik strukturlarında təmsilçiliyinin artmasına mühüm nümunə kimi dəyərləndirilir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta