AZ

Bakıda kişi avtobusdan 2650 manat tapdı, sahibinə təhvil verdi - VİDEO

Rusiyaya ixrac edilən Ermənistan kənd təsərrüfatı məhsulları geri qaytarılıb. Avtosfer.az xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının deputatı Qarnik Danielyan məlumat yayıb. Onun sözlərinə görə, gavalı, şaftalı və üzüm daşıyan yüzlərlə erməni yük maşını sərhəd-keçid məntəqəsindən geri qayıtmağa məcbur olub. Deputatın daşıyıcılara istinadla verdiyi məlumata əsasən, səbəb kimi guya yeni fitosanitar tələblərin tətbiqi göstərilir. Danielyan qeyd edib ki, yaranmış vəziyyət fermerlərə və kənd təsərrüfatı istehsalçılarına ciddi zərər vurur. "Hətta tikinti materialları daşıyan maşınlar da çətinliklə üzləşir. Onlarla yük maşını hələ də qeyri-müəyyən şəraitdə qərarın verilməsini gözləyir", - o, qeyd edib. Deputat vurğulayıb ki, hökumət baş verənlərə adekvat reaksiya vermir və vəziyyət təkcə iqtisadi deyil, həm də siyasi xarakter daşıyır.

Seçilən
9
1
avtosfer.az

2Mənbələr