Ajans.az xəbər verir ki, AZXEBER.COM sənətçinin səhhəti ilə bağlı məlumat almaq üçün onun prodüseri Məmməd Məhərrəmov ilə əlaqə saxlayıb. Prodüser sənətçinin sağlamlığında ciddi problemlərin olduğunu və əməliyyat keçirdiyini açıqlayıb: "Rövşən bəy bir müddətdir sağlamlığı ilə bağlı ciddi problemlər yaşayır. Mədə xorasından əziyyət çəkir. Eyni zamanda bağırsaqlarında da ciddi narahatlıq var. Əməliyyat olunub, amma 6 ay müddətində müalicəsi davam etməlidir". Məmməd Məhərrəmov sənətçinin eyni zamanda astma xəstəliyindən də əziyyət çəkdiyini bildirib.