ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
Səudiyyə Ərəbistanı Superkubokunun final matçı keçirilib.
QOL.az xəbər verir ki, həlledici oyunda "Əl-Nəsr" və "Əl-Əhli" qarşılaşıblar.
Görüşün əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Kriştiano Ronaldo oyunda hesabı açıb. "Əl-Nəsr"in digər qolunu isə Marselo Brozoviç vurub. "Əl-Əhli"nin heyətində isə Frank Kessei və Rocer İbanez fərqləniblər.
Reqlamentə əsasən matçda əlavə vaxt oynanılmayıb və qalib penalti seriyasında bəlli olub. Daha dəqiq olan "Əl-Əhli" 5:3 hesabı ilə qalib gələrək Superkubokun qalibi olub. Beləliklə, Ronaldo yenə "əl-Nəsr"də titulsuz qalıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.