Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakı, 24 avqust, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarının Pittsburq şəhəri (Pensilvaniya ştatı) yaxınlığında avtobus qəzaya uğrayıb. Qəza nəticəsində Amerikanın gənclərdən ibarət futbol komandasının azı 21 futbolçusu xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.
Məlumata görə, avtobusda 25 futbolçu və onları müşayiət edən üç böyük olub.
Polis hadisənin səbəblərini müəyyənləşdirmək üçün araşdırmalara başlayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.