AZ

Sus məktəbinin ilk 3 məzunu tələbə adını qazanıb

Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən verilən məlumata görə, 33 ildən sonra doğma yurdda fəaliyyətə başlamış Laçın rayonunun Sus kənd tam orta ümumtəhsil məktəbini bitirən 3 məzunun hər biri tələbə adını qazanıb.

Muradlı Pəri Fuad Qızı III ixtisas qrupu üzrə 442 bal toplayaraq Azərbaycan Dillər Universitetinin Alman dili üzrə xarici dil müəllimliyi fakültəsinə qəbul olub.

Atakişiyeva Ayşən Xəqani qızı isə III ixtisas qrupu üzrə 447 bal toplayaraq Azərbaycan Pedaqoji Universitetinin ingilis dili üzrə Xarici dil müəllimliyi fakültəsinin tələbəsi adını qazanıb.

III ixtisas qrupu üzrə 407 bal toplayan məktəbin digər şagirdi Muradzadə Nihat Oqtay oğlu isə təhsilini Bakı Slavyan Universitetinin Azərbaycan-alman dili üzrə tərcümə fakültəsində davam etdirəcək.

XQ

Seçilən
13
1
xalqqazeti.az

2Mənbələr