Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.
Norveç hökuməti Ukraynaya hava hücumundan müdafiə (HHM) vasitələrinin alınması üçün 7 milyard kron (695 milyon dollar) ayıracağını açıqlayıb.
APA-nın xəbərinə görə, Norveçlə Almaniya arasında əldə olunmuş razılaşmaya əsasən, Ukrayna iki ədəd “Patriot” hava hücumundan müdafiə sistemi ilə təmin olunacaq. Komplekslər döyüş sursatı ilə birlikdə tam şəkildə təqdim ediləcək. Bu, Kiyevin hava məkanının müdafiəsini gücləndirmək məqsədi daşıyır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.