ABŞ Hərbi Dəniz Qüvvələri Qrenlandiyaya “Boeing E-6B” təyyarəsini göndərir.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Newsweek” jurnalı məlumat yayıb.
“ABŞ-nin nüvə sualtı qayıqları ilə əlaqə saxlaya bilən hərbi komanda təyyarəsi Qrenlandiya yaxınlığında “qeyri-adi” uçuş zamanı müşahidə edilib. ABŞ Hərbi Dəniz Qüvvələri “Merkuri” kimi də tanınan “E-6B” hava komanda məntəqəsinin Qrenlandiyadakı Pituffik kosmik bazasında yerləşdirildiyini təsdiqləyib”, – nəşr bildirib.
Qeyd edək ki, sözügedən təyyarə nüvə silahı daşıyan sualtı qayıqların idarə edilməsi, əlaqələndirilməsi və nəzarət üçün nəzərdə tutulmuş hava komanda məntəqəsidir.