AZ

İtkin düşən iş adamının meyiti tapıldı - 19 gün sonra...

Avqustun 4-də itkin düşmüş iş adamı Halit Yukayın axtarışları 19-cu günündə yekunlaşıb.


Referans xəbər verir ki, Yukayın cəsədi yaxtanın batdığı ərazidə 68 metr dərinlikdə aşkarlanıb.


43 yaşlı iş adamının Yalovadan Bozcaadaya yola düşdüyü yaxtası qəzalı və qismən batmış vəziyyətdə tapılmışdı.


Yukayın yaxtası ilə toqquşduğu ehtimal edilən "Arel 7" yük gəmisinin kapitanı C.T. saxlanılıb.


Qeyd edək ki, Halit Yukay məşhur aktyor Kıvanç Tatlıtuğun yaxın dostu idi. Mərmərə adası sahillərində itkin düşən iş adamıın axtarış-xilasetmə işlərinə qatılan Kıvanç, xilasedicilərlə birlikdə suya enmiş, pilotsuz təyyarə ilə havadan axtarışlara da qoşulmuşdu.


Seçilən
5
1
referans.az

2Mənbələr