AZ

Qafqaz İranın təhlükəsizlik kəməridir - Vilayəti

İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Qafqaz bölgəsinin İran üçün qədimdən bəri böyük əhəmiyyət daşıdığını bildirib.

Azreform.info xəbər verir ki, Vilayəti bu barədə X sosial şəbəkə hesabında paylaşım edib.

Vilayəti Qurani-Kərimdə haqqında təriflə danışılan Zülqərneynin, böyük təfsir alimi Allamə Təbətəbainin də vurğuladığı kimi, Böyük Kir (Kuroş) olduğu fikrinə işarə edib edərək Herodotun yazısına istinadla bildirib:

“Kuroş dövründən etibarən Qafqaz İranın təhlükəsizlik kəməri olub. Onlar bu bölgədə barbar tayfaların hücumlarının qarşısını almaq üçün bir sədd inşa edib”.

Seçilən
3
3
azreform.info

4Mənbələr