AZ

Kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib FOTO

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə milli komandaların Təlim-Məşq Mərkəzində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

İdman.biz xəbər verir ki, imtahanda 190 idmançı müvafiq yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə imtahan verib.

İmtahanı uğurla keçən cüdoçulara müvafiq kəmər və sertifikat təqdim edilib.

Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, eləcə də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
9
icma.az

10Mənbələr