ain.az bildirir, Tribuna saytına əsaslanaraq.
Ukrayna Prezidenti Volodimir Zelenski Müstəqillik Günündə xalqa müraciət edərək həmvətənlərini bayram münasibətilə təbrik edib.
Tribunainfo.az xəbər verir ki, Dövlət başçısının Kiyevdə, Azadlıq Meydanında səsləndirdiyi çıxış onun Telegram kanalında yayımlanıb.
“Biz elə bir Ukrayna qururuq ki, gücü və qüdrəti ona təhlükəsizlik və sülh içində yaşamağa imkan verəcək”, – deyə Zelenski bildirib.
Prezidentin sözlərinə görə, Ukrayna öz torpaqlarının hamısında sülhə nail olacağına inanır.
“Ukrayna var və olacaq”
“Ukrayna buna qadirdir. Çünki Ukraynanın xarakteri var. Daş kimi dözümü, gözlərini yayındırmayan baxışı və odla, zamanla bərkiyən, amma güclü əlləri var. O əllər qalxan tutur və özünü qoruyur”, – deyə Zelenski vurğulayıb.
O qeyd edib ki, bu gün Ukraynanın müstəqilliyi döyüş meydanında möhkəmlənir, hər gecə səmanı qoruyur, xəstəxanalarda həyatları xilas edir, yanğınları söndürür, öyrədir.
“Müstəqillik sutkada 24 saat dayanmayaraq müdafiə müəssisələrində işləyir, çünki bizim əsgərlərimizin hər şeyə ehtiyacı var. Və biz sübut edirik ki, ukraynalılar var və ukraynalılar bu torpaqda da, bu meydanda da olacaq. Burada yüz ildən sonra da növbəti nəsillər dayanacaq və Ukraynanın Müstəqillik Gününü qeyd edəcək”, – deyə o əlavə edib.
“Bizim gələcəyimizi yalnız biz müəyyən edirik”
Zelenski həmçinin vurğulayıb ki, Ukrayna “yaxşı niyyət jestlərini” gözləmir, öz iradəsinə sahibdir və lazım olanı özü həyata keçirir:
“Bizim gələcəyimizin necə olacağına yalnız biz qərar veririk. Dünya bunu bilir və hörmətlə yanaşır. ABŞ da, Avropa da etiraf edir: Ukrayna hələ qələbə qazanmayıb, amma heç vaxt uduzmayacaq. Ukrayna öz müstəqilliyini qazanıb”, – deyə prezident bildirib.
İmran Kərimli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.