AZ

ABŞ Ukraynaya uzaqmənzilli raketlərin satışını təsdiqlədi

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya 3350 ədəd "Extended Range Attack Munition" (ERAM) hava bazalı raketlərin satışını təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri ABŞ rəsmilərinə istinadən məlumat verib.

Xəbərə görə, satış qərarı keçən həftə qəbul edilib və raketlərin Ukraynaya təxminən altı həftə ərzində çatdırılması gözlənilir. Bununla belə, bir neçə ABŞ rəsmisi qeyd edib ki, 240-450 km mənzilli ERAM raketlərinin istifadəsi üçün Ukraynanın Pentaqondan icazə alması tələb olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
3
sherg.az

4Mənbələr