AZ

Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəza törədib: Ölənlər var

Türkiyənin Mersin vilayətinin Erdemli rayonunda şagirdləri daşıyan mikroavtobusun park edilmiş yük maşını ilə toqquşması nəticəsində iki nəfər ölüb, on nəfər yaralanıb.
 
Oxu.Az bu barədə İHA agentliyinə istinadən xəbər verir.
 
Məlumata görə, mikroavtobus Diyarbakırdan Mersinə tətilə aparılan uşaqları daşıyıb. Qəzanın baş vermə səbəbi sürücünün sükan arxasında yuxulaması göstərilir.
 
Hadisə nəticəsində yaralananlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
 
Faktla bağlı araşdırma aparılır.
Seçilən
48
moderator.az

1Mənbələr