AZ

Ukraynanın səfirliyi: Azərbaycan xalqının “qardaş yardımı” həmişə xatırlanacaq

BAKI, 24 avqust. TELEQRAF

Bu gün Azərbaycan rəhbərliyinə və xalqına xüsusi minnətdarlığımızı bildirmək istəyirik. Azərbaycan Prezidenti İlham Əliyevin qərarı ilə avqust ayında Ukraynaya 2 milyon ABŞ dolları dəyərində yeni elektrik avadanlığı göndərilib. Bu avadanlıq Rusiyanın zərbələri nəticəsində zərər görmüş enerji sistemlərinin bərpasına yönəldilib.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyinin Müstəqillik Günü ilə bağlı paylaşımda qeyd olunur.

Məlumatda deyilir ki, fevral ayında da 1 milyon ABŞ dolları dəyərində oxşar yardım göstərilmişdi.

"2022-ci ilin fevralından etibarən Azərbaycan Ukraynaya humanitar yardım – dərmanlar, ərzaq, generatorlar və digər zəruri vasitələr göndərir. Bu dəstək sayəsində İrpen şəhərində sosial layihələr həyata keçirilir. Şəhər Rusiya işğalından azad olunub. Bundan əlavə, Azərbaycanda ukraynalı uşaqlar üçün reabilitasiya və istirahət proqramları təşkil olunur. Azərbaycan xalqına göstərilən “qardaş yardımı”na görə təşəkkür edirik və bunu həmişə xatırlayacağıq", - səfirlikdən bildirilib.

Seçilən
15
3
teleqraf.com

4Mənbələr