
Rusiya Ermənistandan ixrac olunan kənd təsərrüfatı məhsullarını geri qaytarıb.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, gavalı, şaftalı və üzüm daşıyan Ermənistana məxsus yüzlərlə yük maşını sərhəd-keçid məntəqəsindən geri qayıtmağa məcbur olub.
Rusiya tərəfi məhsulların fitosanitar tələblərə cavab vermədiyini iddia edir.
“Ermənistan” fraksiyasının deputatı Qarnik Danielyanın sözlərinə görə, bu vəziyyət təkcə iqtisadi deyil, həm də siyasi xarakter daşıyır(qafqazinfo).