Kürdəmirdə yol qəzasında ölən sürücü Sığırlı kənd sakini, 2004-cü il təvəllüdlü Mənəfli Qafqaz Şamil oğludur...
APA-nın yerli bürosunun xəbərinə görə, qəza nəticəsində Sığırlı kəndində 1100 abonentin elektrik verilişində fasilə yaranıb.
Hazırda elektrik enerjisinin verilməsi istiqamətində tədbirlər həyata keçirilir.
***
Kürdəmirdə yol qəzası olub, ölən var.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı- Qazax magistralının rayonun Sığırlı kəndindən keçən hissəsində baş verib.
“Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı transformatora çırpılıb. Hadisə nəticəsində sürücü ölüb.
Fakt araşdırılır.
Poliqon.info