ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kürdəmirdə yol qəzasında ölən sürücü Sığırlı kənd sakini, 2004-cü il təvəllüdlü Mənəfli Qafqaz Şamil oğludur.
APA-nın yerli bürosunun xəbərinə görə, qəza nəticəsində Sığırlı kəndində 1100 abonentin elektrik verilişində fasilə yaranıb.
Hazırda elektrik enerjisinin verilməsi istiqamətində tədbirlər həyata keçirilir.
***
saat 12.48
Kürdəmirdə yol qəzası olub, ölən var.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı- Qazax magistralının rayonun Sığırlı kəndindən keçən hissəsində baş verib.
“Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı transformatora çırpılıb. Hadisə nəticəsində sürücü ölüb.
Fakt araşdırılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.