AZ

Kürdəmirdə avtomobil transformatora çırpıldı - Ölən var

Kürdəmirdə yol qəzasında ölən sürücü Sığırlı kənd sakini, 2004-cü il təvəllüdlü Mənəfli Qafqaz Şamil oğludur.


Manset.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində Sığırlı kəndində 1100 abonentin elektrik verilişində fasilə yaranıb.

    Hazırda elektrik enerjisinin verilməsi istiqamətində tədbirlər həyata keçirilir.

    ***

    13:09

    Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


    Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı- Qazax əsas magistral yolunun rayonun Sığırlı kəndindən kecən hissəsində qeydə alınıb.

    Belə ki, "Mercedes" markalı avtomaşın idarəetmədən çıxaraq, yol kənarındaki transformatora çırpılıb. Qəza zamanı sürücü dünyasını dəyişib. Onun kimliyi müəyyənləşdirilir.

    Fakt araşdırılır.

    Seçilən
    61
    2
    manset.az

    10Mənbələr