Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Modern.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə mənzilin qapısını açaraq yatmış vəziyyətdə aşkar edilmiş 2015-ci il təvəllüdlü Tağıyev Kinyaz Emin oğlunu valideynlərinə təhvil veriblər.
Bundan əlavə, Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Xidmətin xilasediciləri tərəfindən liftin qapısı açılaraq köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.