AZ

MS 70 milyon avroya razı olmadı Bu qiymətə satmaq istəyir

Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Tottenhem" "Mançester Siti"nin braziliyalı vingeri Savionu heyətinə qatmaq cəhdlərini davam etdirir.

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış jurnalist Ben Ceykobs yayıb. 

Xəbərə görə, "Tottenhem" son olaraq "sambaçı"nın transferi üçün "şəhərlilər"ə 70 milyon avro təklif edib. Mənbə Mançester təmsilçisinin bu məbləğə razılaşmadığını, cənubi amerikalının satışından azı 80 milyon avro qazanmaq istədiyini vurğulayıb.

Qeyd edək ki, 21 yaşlı Savio ötən mövsüm MS-in forması ilə bütün turnirlərdə 48 matça çıxaraq 3 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İngiltərə nəhəngi ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı gənc futbolçunun transfer qiymətini 50 milyon avro ilə dəyərləndirir.

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
1
fanat.az

2Mənbələr