AZ

İrəvanda Rusiya qırıcısı qəza vəziyyətinə düşüb

Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiyaya məxsus hərbi qırıcı təyyarə İrəvanda dəmir dirəyə çırpıldıqdan sonra hasara dəyib.

BAKU.WS Ermənistan mediasına istinadən xəbər verir ki, hadisə gecə saat 02:15 radələrində qeydə alınıb.

Məlumata əsasən, təyyarənin yerüstü daşınması zamanı sərt muftanın nasazlığı səbəbindən qırıcı platformadan çıxaraq idarəetməni itirib.

Hadisə zamanı xəsarət alan olmayıb. "MiQ" tipli qırıcının iştirakı ilə baş verən insidentdən sonra Arşakunyants prospektində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
2
baku.ws

10Mənbələr