AZ

"Sədərək" ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür - YENİLƏNİB-VİDEO

"Sədərək" ticarət mərkəzində baş verən yanğınla əlaqədar hadisə yerinə cəlb olunan Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ətraf yollarda hərəkətin təhlükəsizliyini tam təmin ediblər.

Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, nəqliyyatın hərəkətində yaranan intensivlik operativ şəkildə tənzimlənib və hərəkət axını fasiləsiz davam etdirilib.

 

 

"Sədərək" ticarət mərkəzində baş verən yanğınla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yollarda təhlükəsizlik tədbirləri görülür.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, yanğın səbəbindən əraziyə yaxın yollarda hərəkətin intensivliyi artıb.
 
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunaraq nəqliyyatın hərəkətinin təhlükəsizliyini təmin edir və yaranmış sıxlığın qarşısını almaq üçün zəruri tədbirlər görürlər.
 
Vətəndaşlardan xahiş olunur ki, hərəkətdə olarkən yol polisi əməkdaşlarının tələblərinə riayət etsinlər.
Seçilən
77
5
moderator.az

10Mənbələr