AZ

“Barselona rekorda imza atıb

İspaniya təmsilçisi “Barselona” XXI əsrdə klub rekorduna imza atıb.

"Ölkə.az" xəbər verir ki, komanda buna La Liqanın II turunda “Levante”yə qalib gəldiyi matçda nail olub.

Kataloniyalılar XXI əsrdə ilk dəfə yerli çempionat oyununun fasiləsində 0:2 hesabı ilə geridə olsalar da, qələbə qazanıblar.

Daha əvvəl 1 qarşılaşma heç-heçə, 12 görüş məğlubiyyətlə yekunlaşıb.

Qeyd edək ki, “Barselona” “Levante”ni 3:2 hesabı ilə üstələyib.

Seçilən
20
7
olke.az

8Mənbələr