AZ

Azərbaycan Ordusunun mayoru qəfil vəfat etdi

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan Ordusunun mayoru, Vətən müharibəsi iştirakçısı Zahir Zakiroviç Fətəliyev vəfat edib.

Oxu.Az Musavat.com-a istinadla xəbər verir ki, mərhum 1985-ci ildə Zığ qəsəbəsində anadan olub. O, Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirdikdən sonra 14 il Naxçıvan Muxtar Respublikasında xidmət edib.

44 günlük Vətən müharibəsinin ən gərgin döyüşlərində iştirak edən Zahir Fətəliyev Suqovuşanda minaya düşərək qəlpə yaraları alıb. 20 ildən artıq hərbi xidmətdə olan mayor müharibədən bir neçə ay sonra ordudan tərxis olunaraq təqaüdə çıxıb.

Atasının sözlərinə görə, oğlu uzun müddət müalicə alsa da, son günlərdə vəziyyəti pisləşib və dünyasını dəyişib.

Mərhum iki məktəbli oğul atasıdır. Onun kiçik oğlu atasının yolunu davam etdirəcək. Belə ki, o, C.Naxçıvanski adına Liseyə qəbul olub. İki bacının bir qardaşı olan mayor Zahir Fətəliyev Zığ qəbiristanlığında dəfn edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
18
oxu.az

10Mənbələr