AZ

“Sədərək”də anbarı yanan şirkət KİMİNDİR? - Dövlətə külli miqdarda borcu var imiş...

Xəbər verdiyimiz kimi, bu gün "Sədərək" ticarət mərkəzində güclü yanğın olub.

Yenisabah.az xəbər verir ki, Musavat.com-un əldə etdiyi məlumata görə, güclü yanğının baş verdiyi anbar “Super Toys” mağazalar şəbəkəsinə məxsus olub. Şirkət həmin anbarı icarəyə götürübmüş.

Xatırladaq ki, ötən il mətbuatda yayılan xəbərlərə görə, “Super Toys” mağazalar şəbəkəsinin dövlətə külli miqdarda vergi borcu yaranıb. pizza hut

Belə ki, ötən ilə olan məlumata əsasən, şirkətin İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə 1 milyon 458 min 915 manat 28 qəpik vergi borcu olub.

Qeyd edək ki, "Supertoys" MMC-nin qanuni təmsilçisi Cəfərov Xəqani Vədud oğlu, şirkətin icraçı direktoru Səidə Fətullazadədir.


Telegram kanalımız
Seçilən
81
2
yenisabah.az

3Mənbələr