"Şamaxı" Misli premyer-liqasının 2-ci tur matçında evdə "Sabah"a uduzdu - 1:2.
"Football-plus.az" xəbər verir ki, "şirlər"in baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Çətin oyun olacağını bilirdik. "Sabah" avrokuboklarda yaxşı oyunlar keçirmişdi. Bizdən daha yaxşı formadadılar. İkinci rəsmi oyunumuz idi. Matça pis başladıq. Fürsətləri dəyərləndirə bilərdik. Bərabərlik qolundan sonrakı şansları da boşa verdik. Rəqib standart vəziyyətdən fərqləndi. Futbolçuların inamlı oynamasını istəyirdik. Məncə, pis alınmadı. İstəyərdik ki, bu gün azı bir xal qazanaq. Buna layiq idik. Çempionat uzun marafondu. Bu gün oyuna iki itki ilə çıxmışdıq. Bunun da təsiri oldu. Növbəti turda ağır "Sumqayıt" səfərinə yollanacağıq. Vaxt da azdı. Həmin matça köklənməliyik.
- Birinci qolda qapıçının səhvinin olduğunu düşünürsüz?
- Xeyr. Qapıçı üçün çətin sınaq idi. Ön xətdə mövqe səhvi etdik. Mərkəz müdafiəçimiz asmadan sonra topa çatmalı idi. Elə böyük təhlükə yox idi. Rəqib bu qoldan sonra inamlı oynadı. Məğlubiyyətə birinci dəqiqədə vurulan qol səbəb oldu.
- "Sabah" 4 ilə yaxındı Şamaxıda qələbə qazana bilmirdi. Sizin xal qazanmağınız üçün nə çatmadı?
- Bəxt deməyim, oyun şansı "Sabah"ın tərəfində idi. Standart vəziyyətdən Karim bir metrdən topu əyri vurur, amma onlar eyni vəziyyətdən fərqlənir. Deyə bilmərəm ki, futbolçularım zəif oynadı. Amma qələbə qazanmaq üçün daha yaxşı olmalı idik.
- Edqar əvvəlki performansını göstərə bilmir. Nə baş verib?
- Ötən oyunda əsas heyətdə olmaması suallar doğurmuşdu. Həmişə deyirəm, bu oyunçuların keçid dövrü var. Edqar hərtərəfli təzyiqə hazır olmalıdı. Beynəlxalq oyunlara çıxmalıdılar. Qarşıdan U-21 millisinin oyunları gəlir. Bu matçlardan sonra daha yaxşı ola bilər. Edqardan tam razı deyildik. Bu gün nəsə etmək istədi. İnşallah formaya düşəcək. Özü ilə fərdi söhbətlər edirəm. Cavanlara dəstək lazımdı.
- İkinci hissədə Rossini dartdılar. Sonradan həmin epizoda baxdız?
- Bu gün bütün follar bizim tərəfə idi. Hətta zarafatla dedim ki, əvvəl səfər matçlarında top göydə olanda oyunu saxlayırdılar. Bu gün elə itələmələr var idi ki... 100 kadr yığaram... İki oyundu hakimlərin rəqiblərə simpatiyası olur. Sanki bu gün səfərdə oynadıq. Hakimlər bizə öyrədir ki, bir az da möhkəm olmaq lazımdı.
- Rauf Allahverdiyev ötən mövsüm ölkə kubokunda “Neftçi” – “Sabah” oyununda etdiyi səhvə görə hakimlikdən uzaqlaşdırıldı. Sizcə, digər hakimlər üzərində də təzyiq var?
- Bunu hakimlərdən soruşmaq lazımdı. Hakimlərə həmişə təzyiq olacaq. Biz onların üzərinə çox getmirik. O qədər də zəif deyillər. İstəyirik ki, kiçik follara görə oyun dayanmasın. Hakimlərə heç nəyi sübut etmək olmur. Onları yol polisləri ilə müqayisə edirəm, biz nə etsək də, səhvik.
- Raul Hacıyev yayda düşərgənizdə baxışda olub. Gürcüstan vətəndaşı idi. Hər halda, komandada qalmadı. AFFA bu məsələdə sizə köməklik edir? Onu U-21 yığmasının növbəti toplanışında görəcəyik?
- Perspektivli futbolçudu. Bir az vaxt lazımdı. Bəzi məsələlər, qanunlar var...
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta