AZ

Vens Ukrayna üçün sülh sazişinin FORMULUNU AÇIQLADI

"ABŞ administrasiyası Ukrayna ilə bağlı sülh sazişinin açarı ola biləcək iki fundamental məsələnin olduğunu görür – bunlar təhlükəsizlik zəmanətləri və ərazilərin müəyyənləşdirilməsidir".

Publika.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens NBC telekanalına müsahibəsində bildirib.

Vitse-prezidentin sözlərinə görə, bütün mürəkkəb danışıqlar prosesi bu iki məqama düşür və onların hər biri tərəflərdən biri üçün kritik əhəmiyyət kəsb edir.

"Biz əslində iki həlledici məsələ müəyyənləşdirdik: biri ukraynalılar, digəri isə ruslar üçün. Və mən düşünürəm ki, əgər biz nəhayət bu məsələləri həll etsək, məhz buradan sazişin nəticələri ortaya çıxacaq", - o deyib.

Vens açıq şəkildə bildirib ki, əsas fikir ayrılıqları “təhlükəsizlik zəmanətləri və Ukraynanın cəbhə xəttinin harada olması” ilə bağlıdır.

Seçilən
127
5
publika.az

7Mənbələr