AZ

Premyer Liqa: “Turan Tovuz” “Araz-Naxçıvan”a uduzdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 2-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun gününün sonuncu qarşılaşması Bakıda baş tutub.

“Turan Tovuz” “Azersun Arena”da “Araz-Naxçıvan”ı qəbul edib. Tural Qurbanovun idarə etdiyi oyunda qələbəni qonaqlar bayram ediblər. Beləcə, “Araz-Naxçıvan” yeni mövsümdə ilk qələbəsini qazandığı halda “Turan Tovuz” da ilk məğlubiyyətinə üzülüb.

Premyer Liqa
2-ci tur
24 avqust

“Turan Tovuz ” – “Araz-Naxçıvan” 1:2
Qollar: Alexandro Serrano, 77-pen – Çarlz Boli, 38. Ba-Muaka Simakala, 52.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əkbər Əhmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Azersun Arena”, 19:30.

Turan Tovuz: 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev (k), 2. Abdulla Rzayev, 5. Roderik Miller, 99. İbrahima Vadji, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 19. Roberto Olabe, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 77. Veysəl Rzayev, 9. Sadiq Şəfiyev, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos.
Baş məşqçi: Kurban Berdıyev.

Araz-Naxçıvan: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə, 5. Slavik Alxasov, 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 6. Patrik Andrade, 29. Vanderson Melo (k), 23. Nuno Rodriqes, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 70. Çarlz Boli.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 76. Süleyman Həsənov, 2. Qara Qarayev, 34. Ürfan Abbasov, 14. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 17. İssuf Paro, 7. Hamidu Keyta, 77. Bruno Franko, 19. Bar Kohen.
Baş məşqçi: Elmar Baxşıyev.

Seçilən
15
1
arena.az

10Mənbələr