AZ

 “Mançester Siti”nin ulduz futbolçusu “Bayer”in hədəfində

 “Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan karyerasını Almaniyanın “Bayer” klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, Leverkuzen təmsilçisi türk əsilli alman futbolçunun transferini nəzərdən keçirir. Almaniya klubu artıq futbolçunun keçidi ilə bağlı "şəhərlilər"ə ilk təklifinə də göndərib.

Mənbəyə görə, 34 yaşlı futbolçu baş məşqçi Xosep Qvardiolanın planlarına daxil deyil və yaxın günlərdə klubdan ayrılması gözlənilir.

Xatırladaq ki, Gündoğan 2016-cı ilin yayında “Mançester Siti”yə keçib və 2023-cü ilə qədər İngiltərə klubunda çıxış edib. Daha sonra “Barselona”ya transfer olunub, lakin 2024-cü ilin yayında yenidən “Siti” ilə müqavilə imzalayıb. Futbolçunun mövcud əmək müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Seçilən
18
90deqiqe.az

1Mənbələr