AZ

KİV: Tripolidə baş verən toqquşmada azı 12 nəfər öldü

BAKI, 24 avqust. TELEQRAF

Liviyanın paytaxtı Tripoli şəhərində baş verən silahlı toqquşma nəticəsində azı 12 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, toqquşma naməlum silahlı qrupun Liviya Milli Birlik Hökumətinə sadiq olan 55-ci briqadanın komandiri Muammar əd-Daviyə sui-qəsd cəhdi etməsindən sonra başlayıb.

Sui-qəsd nəticəsində əd-Davinin zərər çəkmədiyi bildirilir.

Seçilən
38
2
teleqraf.com

7Mənbələr