AZ

Premyer Liqa: “Everton”dan “Brayton” üzərind inamlı qələbə

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 2-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə üç qarşılaşma baş tutub.

“Kristal Pelas” – “Nottingem Forest” və “Fulhem” – “Mançester Yunayted” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Everton” isə doğma meydanda “Brayton”a 2 cavabsız qolla qalib gəlib.

2-ci tura avqustun 25-də keçiriləcək “Nyukasl” – “Liverpul” matçı ilə yekun vurulacaq.

İngiltərə, Premyer Liqa
2-ci tur

22 avqust

Vest Hem – Çelsi 1:5
Qollar: L.Paketa, 6 – J.Pedro, 25. Neto, 23. E.Fernandes, 34. Kaysedo, 54. Çaloba, 58.

23 avqust

Mançester Siti – Tottenhem 0:2
Qollar: B.Conson, 35. Palinya, 45+2.

Bornmut – Vulverhempton 1:0
Qol: Tavernye, 4.

Brentford – Aston Villa 1:0
Qol: Uattara, 12.

Börnli – Sanderlend 2:0
Qollar: Kulyen, 47. Antoni, 88.

Arsenal – Lids 5:0
Qollar: Timber, 34; 56. Saka, 45+1. Dyökereş, 48; 90+5-pen.

24 avqust

Kristal Pelas – Nottingem Forest 1:1
Qollar: Sarr, 37 – Hadson-Odoi, 57.

Everton – Brayton 2:0
Qollar: Ndiaye, 23. Qarner, 52.

Fulhem – Mançester Yunayted 1:1
Qollar: Smit Rou, 73 – R.Munis, 58-öz qapısına.

25 avqust

23:00. Nyukasl – Liverpul

Seçilən
3
2
arena.az

8Mənbələr