Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisindəki “Sədərək” ticarət mərkəzində yerləşən anbarda gecə saatlarında yanğın davam edir.
APA xəbər verir ki, ərazidə xeyli sayda FHN-in şəxsi heyəti və xüsusi texnikası çalışır.
Yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.