AZ

HƏMAS: İsrailin Yəmənə zərbəsi bütün ərəb ölkələrinin suverenliyini pozur

BAKI, 25 avqust. TELEQRAF

İsrail hərbi hava qüvvələrinin Yəmən ərazisinə son zərbəsi bütün ərəb dövlətlərinin suverenliyinin pozulmasıdır.

Teleqraf xəbər verir ki, bu fikri Fələstinin HƏMAS hərəkatının rəhbərliyi ifadə edib.

"İsrailin Yəmənə qarşı təcavüzü beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması və bütün ərəb ölkələrinin suverenliyinə qəsddir", - hərəkatın “Telegram” kanalında dərc edilmiş məlumatda deyilir.

HƏMAS bütün ərəb və İslam ölkələrini Yəməni dəstəkləməyə çağırıb və "Ənsar Allah" (husilərin) üsyançı hərəkatının tərəfdarlarına İsrailə qarşı yönəlmiş fəaliyyətlərinə görə təşəkkür edib.

Seçilən
204
27
teleqraf.com

10Mənbələr