AZ

Sabunçu rayonunda 4 otaqlı ev yanıb

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, yüksək temperaturdan digər otağın döşəməsi və 1 ədəd pəncərə çərçivəsi qarsalanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
9
ikisahil.az

1Mənbələr