AZ

İsrail İordan çayının qərb sahilində yüzlərlə ağacı məhv etdi

BAKI, 25 avqust. TELEQRAF

İsrail hakimiyyəti İordan çayının qərb sahilində yüzlərlə ağacı buldozerlər vasitəsilə kökündən çıxarıb.

Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının ingilisdilli "Arab News" qəzeti məlumat yayıb.

Hadisə Əl-Muğayir kəndində baş verib. Məlumata görə, məhv edilmiş ağacların əksəriyyəti bölgənin iqtisadiyyatı və mədəniyyəti üçün son dərəcə vacib hesab olunan zeytun ağacları olub.

Yerli kənd təsərrüfatı assosiasiyasının rəhbəri vurğulayıb ki, İsrail hakimiyyəti bu cür hərəkətlərlə yerli fələstinliləri öz torpaqlarını tərk etməyə məcbur etmək istəyir.

Öz növbəsində, İsrail Müdafiə Qüvvələri (SAXAL) nümayəndələri baş verənləri terrorçuluğa qarşı mübarizə tədbirləri ilə izah edib.

Seçilən
18
1
teleqraf.com

2Mənbələr