AZ

Fransada yanğınsöndürən helikopter qəzaya uğrayıb

Fransada yanğınsöndürmə əməliyyatı zamanı ölkənin şimal-qərbində yanğınsöndürən helikopter gölə düşüb, ekipaj xilas ola bilib.

APA xəbər verir ki, bu haqda BFMTV yerli mənbələrə istinadən ç

Məlumat yayıb.

"Yanğınsöndürən helikopter bazar günü Rospordendə gölə düşüb", - telekanal xəbər verib.

Helikopterin yaxınlıqdakı yaşayış binasını bürümüş yanğını söndürmək üçün göldən su götürməyə çalışarkən qəzaya uğradığı bildirilir.

Seçilən
25
1
apa.az

4Mənbələr