BAKI, 25 avqust. TELEQRAF
ABŞ-də insanın tropik ət milçəyi sürfələri ilə ilk yoluxma halı qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, yoluxma Qvatemaladan Merilend ştatına gələn bir şəxsdə aşkarlanıb.
ABŞ-də ilk yoluxma halı barədə məlumat ştatın baytarlıq həkimlərinə verilib.
Qeyd edək ki, Amerika tropik ət milçəyinin sürfələri ev heyvanlarının və digər istiqanlı heyvanların əti ilə qidalanır. İlkin olaraq milçəklərin yayılması Mərkəzi Amerikada və Meksikanın cənubunda qeydə alınıb, bundan sonra parazitlər digər bölgələrə də yayılıb.